İran Prezidenti Məsud Pezeşkian xalqa müraciət edib.
Məsud Pezeşkian İran xalqının ABŞ və İsrailin planlarını boşa çıxaracağını bildirib.
İran Prezidenti Silahlı Qüvvələrin hücumlara qətiyyətlə cavab verəcəyini söyləyib. Eyni zamanda Müvəqqəti Rəhbərlik Şurasının fəaliyyətə başladığını, hava zərbələri nəticəsində öldürülən Ali Lider Əli Xameneinin yolunu davam etdirəcəyini deyib.
Qeyd edək ki, bu, ABŞ və İsrailin hava zərbələri nəticəsində ölüm xəbəri yayılan Məsud Pezeşkianın ilk videomüraciətidir.
/APA










































