Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı: Məsələ xəbərlərdə şişirdildiyi kimi deyil

Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı: Məsələ xəbərlərdə şişirdildiyi kimi deyil
SİYASƏT
22:29 10.08.2025
274
İran prezidenti Məsud Pezeşkian jurnalistlərin Zəngəzur dəhlizi ilə bağlı sualını cavablandırıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Pezeşkiyan bildirib ki, İslam Respublikasının bu marşrutla bağlı tələbləri nəzərə alınıb.

Onun sözlərinə görə, məsələ xəbərlərdə şişirdildiyi kimi deyil:

ABŞ-ın regionda iştirakı ilə bağlı İranda narahatlığın olub-olmadığı sualını Pezeşkian belə cavablandırıb.

"Bu, məsələlərdən biridir. Amma əsas odur ki, ərazi bütövlüyü, eləcə də Avropaya və ya şimala gedən yolumuzun bağlanmaması məsələləri nəzərə alınıb. Yeganə narahatlıq isə bu yolun amerikalı və erməni şirkətlər tərəfindən inşa ediləcək olmasıdır”.
OXŞAR XƏBƏRLƏR