Pezeşkianın təyyarəsi Tehrana uça bilmədi - məcburi eniş etdi

Pezeşkianın təyyarəsi Tehrana uça bilmədi - məcburi eniş etdi
DÜNYA
13:25 02.09.2026
148
İran Prezidenti Məsud Pezeşkian Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən sonra Tehrana qayıdıb.
 
İranın IRNA agentliyi Pezeşkianın təyyarəsinin Rəşt şəhərində aralıq eniş etdiyini bildirib.

Təyyarədə İranın xarici işlər naziri, eləcə də idman və gənclər naziri də olub.

Qısa müddətli dayanma zamanı Gilan vilayətinin qubernatoru əhalinin zəruri ərzaq və digər əsas tələbat malları ilə təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

İsrail mediası isə təyyarənin İrana qarşı ABŞ zərbələri və Tehranda hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti fonunda Rəştdə məcburi eniş etdiyini bildirib.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl ABŞ hərbçilərinin İrana zərbələr endirdiyini açıqlayıb.

İran mediası Hörmüz boğazında yerləşən Qeşm adası ərazisində, həmçinin Hörmüzqan əyalətinin Bəndər-Abbas, Cask və Sirik şəhərləri yaxınlığında bir sıra partlayışların baş verdiyini bildirib.

Buna cavab olaraq İranın regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirdiyi bildirilib.
 

OXŞAR XƏBƏRLƏR