“Pfizer” ABŞ-a müracət göndərdi – Üçüncü dozaya görə

DÜNYA
15:38 26.08.2021
695

"Pfizer” yeni növ koronavirus peyvəndinin üçüncü dozasının vurulmasının ABŞ-da da təsdiqlənməsi üçün müraciət edib.

AZXEBER.COM xəbər verir ki, "Pfizer” şirkəti açıqlamasında bildirib ki, üçüncü peyvənd dozasının COVID-19 əleyhinə antikor istehsalını ikinci doza ilə müqayisədə 3 qat artıracaq. Belə ki, ikinci dozadan beş-səkkiz ay sonra vurulan üçüncü peyvənd dozasında virus əleyhinə antikor səviyyəsi 3,3 dəfə artırılacaq.

Hazırda bir sıra ölkələr "Pfizer”in üçüncü dozasının vurulması üçün razılıq verib. Bu ölkələr arasında ABŞ yoxdur.

ABŞ-da isə hələlik "Pfizer-BioNTech” vaksininin üçüncü dozası immun sistemi xəstəliyi olan vətəndaşlar üçün vurulmasına icazə verilir.

Ayşən

OXŞAR XƏBƏRLƏR