PFL rəsmisi Ağdamda düşdükləri dəhşətli qəzanı BELƏ XATIRLADI

PFL rəsmisi Ağdamda düşdükləri dəhşətli qəzanı BELƏ XATIRLADI
SOSİAL
15:23 19.12.2023
386

Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının idman şöbəsinin direktoru Elgiz Abbasov hadisə barədə yazıb.

AZXEBER.COM xəbər verir ki, o, feysbuk hesabında bu barədə paylaşım edib.

"Vəziyyəti başa düşməyimiz çox zaman almadı. Bir də gördük, kimsə çöldən şüşəni sındırır, sonra onu görə bilmədim. Ümumiyyətlə, həmin vaxt bizə çox operativ dəstəklər gəldi. İlk növbədə "Qarabağ"ın baş meneceri Asif Əsgərova (06:25) xəbər verdik, yolda olduğunu bilirdik..

İsrar elədik ki, hamını Bərdəyə aparsınlar, sağ olsunlar, sözlərimizə qulaq asdılar. Hadisə yerində edilən ilkin müdaxilələr möhtəşəm idi, hamı öz ailəmiz kimi davrandı. Bakıda xəstəxanalardan birinə zəng edəndə təcili yardım maşınında yolda idik. Elnur (sürücü) bizə videonu göstərəndə dəhşətə gəlmişdik.

"Yaxınısız?" ​sözünün məsuliyyəti nə qədər ağır imiş?! Amma şükür, gözlənilən ən pis ehtimalların heç biri olmadı.

Elnur Məmmədovun (AGİN) səsində olan kədəri ifadə etmək üçün gərək Dostoyevski olasan, Sərxan Hacıyev gecənin bir aləmi hadisəyə dərhal reaksiya verdi, Fərid Qayıbovla danışdıq, bütün əlaqələrini işə saldı, özü ilə danışmasaq da, Rövnəq Abdullayevin necə kritik addımlar atdığını sonradan öyrəndik.

Bütün bu proseslərin sonunda çox kritik ilkin müdaxilələr davam edirdi (insanların qarışqa kimi işləməsindən bunu başa düşürdük). Bərdəni ilk olaraq Aslan tərk etdi (səhv etmirəmsə, Yevlaxdan gələn təcili tibbi yardım maşını ilə), daha sonra Sənan, Zaur, Rasim (sürücü) və mən çıxdıq, bizdən 20 dəqiqə sonra Elxan müəllim xəstəxanadan gələn təcili tibbi yardım maşını ilə reanimasiyaya təhvil alındı.

Bütün ailələrə xəbər verdik, amma xəstəxanaya çatanda ailələrimizin çox olduğunu gördük".

Elgiz Abbasov bildirib ki, o və Zaur Hacı Məhərrəmov artıq evdədirlər: "Sənan da tezliklə evə buraxılacaq, Elxan müəllim və Aslandan da, hamıya məlum olduğu kimi, ilkin müsbət siqnallar var".///milli.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi