Pilləkənlərdən yıxılan 8 yaşlı qız 10 ay sonra dünyasını dəyişdi

Pilləkənlərdən yıxılan 8 yaşlı qız 10 ay sonra dünyasını dəyişdi
DÜNYA
16:40 24.04.2025
145
Dostları ilə oynayarkən pilləkənlərdən yıxılan Roza Bakan (8 yaş) 10 ay sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Diyarbakır bölgəsində baş verib.
 
Hadisə 2024-cü il iyunun 18-də baş verib. Roza Bakan dostları ilə oynayan zaman müvazinətini itirərək evinin pilləkənlərindən yıxılıb. Bakanın yaxınları vəziyyətlə bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat verib.
 
Xəbərdarlıq üzərinə təcili yardım və polis qrupları ünvana sövq edilib. İlkin tibbi yardımdan sonra Roza Diyarbakırdakı özəl xəstəxanaya aparılıb. Xəstəxanada həyati təhlükəsi olduğu öyrənilib.
 
Xəstəxanada müalicəsi davam edən Roza Bakan dünən səhər saatlarında dünyasını dəyişib. Bakanın cənazəsi təyyarə ilə Diyarbakır hava limanına gətirilib.
 
Cənazə yaxınları tərəfindən götürülərək torpağa tapşırılıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR