AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İtaliyada 2 gün əvvəl baş verən və 4-ü Türkiyə vətəndaşı olmaqla 7 nəfərin həyatını itirdiyi helikopter qəzasının yeni görüntüləri ortaya çıxıb.
Livanlı sərnişinin çəkdiyi və İtaliya mətbuatının paylaşdığı görüntülərdə helikopterin rahat uçduğu görünüb. Lakin havanın dumanlı və buludlu olması da diqqətdən yayınmayıb. İtaliya hakimiyyəti qəzanın pis hava şəraiti səbəbindən baş vermə ehtimalını nəzərdən keçirir.
Qeyd edək ki, helikopterdə Eczacıbaşı Holdinqin 4 türkiyəli rəhbəri, 2 Livan vətəndaşı və italyan pilot Korrado Levorin olub.
Ayşən










































