Pilot sərnişinlərə çılpaq fotoların göndərilməsi ilə bağlı xəbərdarlıq edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Southwest Airlines aviaşirkətinin pilotu sərnişinlərə iPhone-un AirDrop funksiyası vasitəsilə çılpaq fotoları göndərmələri dayandırmaqlarını tələb edib. Eyni zamanda göndərməyi dayandırmasalar, təyyarəni geri qaytaracaqları ilə bağlı xəbərdarlıq edib.
Pilot sərnişinlərə "Bu fotoşəkillər gəlməyə davam edərsə, təyyarəni geri qaytaracağam. Uçuşun gerçəkləşməsini istəyirsinizsə, dediklərimə əməl edin”, - deyə xəbərdarlıq edib.
Təyyarədə bu məlumatın verildiyi anlar bir sərnişin tərəfindən lentə alınıb və "TikTok”da paylaşılıb.
Ayşən