Kanar adalarından İngiltərənin Liverpul şəhərinə gedən təyyarənin ağırlıq səbəbindən havaya qalxa bilmədiyini görən pilot təyyarədən 20 nəfərin enməsini istəyib.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bu hal sərnişinlər tərəfindən birmənalı qarşılanmayıb və onlar etiraz ediblər.
Aviaşirkət rəhbərliyi təyyarədən enmək təklifiini qəbul edən hər bir sərnişinə 500 avro verəcəyini bildirib.
Belə ki, təyyarədə olan şəxslərdən 19-u bu təklifi qəbul edib. Onların hər birinə 500 avro təzminat verilib.
Daha sonra problem həllini tapıb və səfər rahat keçib.
Həmin görüntüləri təqdim edirik:
Mikayıl