Təyyarədə qorxulu anlar: Pilotlar əlbəyaxa dava etdi

Təyyarədə qorxulu anlar: Pilotlar əlbəyaxa dava etdi
DÜNYA
15:11 29.08.2022
670
Təyyarədə pilotlar arasında insident baş verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Air France” şirkəti təyyarədə dava edən iki pilotunu işdən kənarlaşdırıb. Fransanın mülki aviasiya təhlükəsizliyinin təhqiqat bürosu da Air France-ın uçuşlarında çoxlu problemlərin olduğunu göstərən hesabat dərc edərək şirkətə xəbərdarlıq edib.

Belə ki, Paris-Cenevrə reysi ilə uçan Airbus A320 təyyarəsi havaya qalxdıqdan az sonra pilotlardan biri səhvən digərinə çırpılıb. Bu səbəbdən iki pilotun mübahisəsi davaya çevrilib və pilotlar daha sonra bir-birlərini vurmağa başlayıblar.

Təyyarənin ekipaj üzvlərindən biri pilotları ayırıb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR