“Pınar evli kişiylə birlikdə olmaq istəmədiyi üçün öldürülüb"

MARAQLI
16:33 21.07.2020
3788
Türkiyədə 27 yaşlı qızın cinayətinin təfərrüatları məlum olub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Pınar Gültekini vəhşicəsinə öldürən keçmiş sevgilisi Cemal Metin Avcının ilk ifadəsi ortaya çıxıb.
 
Evli və bir uşaq atası Cemal Metin polis bölməsində cinayəti etiraf edib: "Pınarla ayrılıqdan sonra heç cürə özümə gələ bilmirdim. Yenidən barışmaq istəsəm də o qəbul etmədi. Son olaraq axşam yeməyinə dəvət etdim. Çox israr etdikdən sonra qəbul etdi. Yemək yedik, yenidən mənimlə olmasını istədim. Lakin həyatında başqa birinin olduğunu dedi. O an qısqanclıqdan nə etdiyimi bilmirdim. Onu öldürüb üzərinə beton tökdüm. Çox peşmanam".
 
Pınarın yaxınları isə ifadələrində onun şiddət gördüyünü açıqlayıblar: "Pınar evli kişiylə artıq birlikdə olmaq istəmədiyini deyirdi. Ondan ayrıldıqdan sonra həyatında yeni insan var idi. Universitet bitdikdən sonra evlənmək istəPınar diyini deyirdi. Lakin nə etsə də, Cemal ondan əl çəkmirdi”.
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR