Pirallahıda yük maşını motosikletlə toqquşdu

Pirallahıda yük maşını motosikletlə toqquşdu
SOSİAL
09:37 27.12.2019
1462
Bakının Pirallahı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Yük maşını 21 yaşlı Əmirov Samir Nadir oğlunun idarə etdiyi motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü S.Əmirov xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR