Piratlar Türkiyədən yola düşən tankeri girov götürdü

Piratlar Türkiyədən yola düşən tankeri girov götürdü
DÜNYA
23:02 27.03.2019
7800
Türkiyənin Tuzla bölgəsindən yola çıxan "Elhiblu 1" adlı tanker Aralıq dənizinin Liviya sahillərində qaçırılıb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Palau dövlətinə məxsus olan tanker piratlar tərəfindən girov götürülüb.

Məlumata görə, tankerdə olan 6 nəfərdən 4-ü hindistanlı, biri türk və biri də liviyalıdır.

Hadisə barədə məlumat daxil olduqdan sonra, Liviya Sahil Mühafizə Xidmətinə məxsus döyüş gəmisi tankerə müdaxilə üçün əraziyə göndərilib.
OXŞAR XƏBƏRLƏR