Pirlo İtaliya millisindən gedəcək

İDMAN
16:13 03.05.2013
1176

İtaliyanın ulduz futbolçusu Andrea Pirlo 2014-cü il Dünya çempionatıdan sonra millidəki karyerasını sona çatdıracağını bildirib.

AZXEBER.COM-un məlumatına görə, Pirlo Braziliyadakı dünya çempionatından sonar milli karyerasını başa vuracağını bildirib:

“2014-cü ildə milli komandayla vidalaşacağam, Yeqin ki, bu Dünya çempionatında sonuncu dəfə mavi formanı geyinəcəyəm .Yerimizi gənclərə verməliyik” - deyə o bildirib.

Pirlo karyerasını yalnız klubda davam etdirəcəyini, “Yuventus”un uğurları üçün çalışacağını bildirib.

Qeyd edək ki, Pirlo İtaliya millisində 97 dəfə forma geyinib və ən böyük uğurunu 2006-ci ildə Dünya çempionatında qızıl medal qazanmaqla əldə edib.

Ramil

OXŞAR XƏBƏRLƏR