Pirşağı çimərliyində daha 2 nəfər boğuldu - Biri azyaşlıdır

Pirşağı çimərliyində daha 2 nəfər boğuldu - Biri azyaşlıdır
SOSİAL
10:37 29.07.2025
278
Paytaxtın Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində 2 nəfər suda batıb.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən məlumata görə, dünən saat 20 radələrində Pirşağı çimərliyində İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov və Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov suda çimərkən boğulublar.

Onların meyiti sudan çıxarılıb.

Ölüm faktları ilə bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR