Pirverdiyev maaş vədi verdi: "Gələn həftə olacaq"

SİYASƏT
13:52 16.10.2015
1272

"Azərenerji" ASC-də əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar.

AZXEBER.COM xəbər verir ki, bunu "Report"a "Azərenerji"nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib.

Ə.Baxşəliyev işçilərin əməkhaqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib: "Maliyyə çətinliyi tək bizdə deyil, hamıda var. Gələn həftə bütün əməkhaqları tam ödəniləcək".

Qeyd edək ki, "Azərenerji"nin əməkdaşlarının bir hissəsi iyul, digər hissəsi isə avqust ayından etibarən əməkhaqqı almırlar.

OXŞAR XƏBƏRLƏR