"Gözüyumulu evlənməyin. Ev dağılır övladlar travma yaşayır. Bir gəlin bir nəsli bədbəxt edir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Qonaqcanlı” verilişində deyib.
Müğənni keçmiş gəlini ilə yaşadığı problemdən danışıb:
"Babalarımız düz edirdi: bir qızı alanda yeddi arxasını, nəslini, bütün sülaləsini öyrənməlisən. Çoxları deyirdi, nəslini alıram? Bir də görürsən nəsildə bir xarab var, gedib ona oxşayır. Qız almaq və vermək asan deyil. Mənim başım nələr çəkdi. Gözüyumulu evləndirdim. Hələ də çəkirəm. Bu yaşımda 3 uşağa baxıram. Yaşa dolmuşam, uşağa baxan yaşımdır?”.
Qeyd edək ki, ifaçının oğlu Kərim keçmiş həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə boşanıb. Onların 3 övladı var. Uşaqların qəyyumluğu əvvəl ataya verilib. Daha sonra isə uşaqlar anada qalıb. Hazırda uşaqlara M.İsgəndərli baxır. Kərim ikinci dəfə ailə qurub və bu nikahdan övladı doğulub.