Kənd məktəbindən şəhər məktəbinə keçdikcə riyazi savadlılıq üzrə orta balın artdığı müəyyənləşib.
AZXEBER.COM xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı deyib.
Təqdim olunan nəticələrə əsasən, kənd məktəblərində riyazi savadlılıq üzrə orta bal 367, kiçik şəhərlərdə 402, şəhərlərdə 424, böyük şəhərlərdə 438, meqapolislərdə isə 469 bal təşkil edib.
Beləliklə, kənd məktəbləri ilə meqapolis məktəbləri arasında riyazi savadlılıq üzrə orta nəticə 102 bal fərqlənir.
Nəticələrə görə, kənd və kiçik şəhər məktəblərində orta nəticə baza həddinin altında olduğu halda, meqapolis məktəblərində orta bal baza həddini 49 bal üstələyir.
Şahanə Ziyad









































