Türkiyədə pişik birlikdə yaşadığı sahibini yeyib.Hadisə Kayseri vilayəti Sarioğlan rayonunun Burunören kəndində baş verib. Məlumata görə, yerlilər 5 gündür görmədikləri kənd sakini 90 yaşlı Melek Doğanın evinə gediblər. Evdən gələn ağır iydən şübhələnərək qapını sındıran kəndlilər yaşlı qadının öldüyünü görüblər. Qeyd edək ki, sahibinin evdə bəslədiyi və 5 gündür bayra çıxa bilməyən pişik ölmüş qadının sağ gözünü, sağ qulağını və sağ yanağını yeyib. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verən kəndlilər daha sonra mərhumu dəfn ediblər.