Pişiyi öldürdüyü üçün 4 ay həbs cəzası aldı

DÜNYA
15:20 26.02.2014
900

O, həmçinin 5 il müddətində ev heyvanı saxlamaq hüququndan məhrumdur.

Britaniya vətəndaşı pişiyin qətlinə görə 18 həftə həbs cəzası alıb.

Sərxoş vəziyyətdə olan vətəndaş avtomobili ilə vurduğu pişiyi döyərək öldürüb.

Mühafizə kameralarının çəkilişindən 30 yaşlı Entoni Delleynin yaralı pişiyə bir neçə təpik zərbəsi vuraraq öldürdüyü görünür.

Eləcə də məhkəmənin qərarına əsasən britaniyalının 5 il ərzində ev heyvanı saxlamaq ixtiyarı yoxdu.

OXŞAR XƏBƏRLƏR