Ankarada pişiyi ölən qadın 4 dostu ilə birlikdə klinikaya basqın edərək baytarı döyüb.
AZXEBER.COM Türkiyə mediyasına istinadla xəbər verir ki, hadisə ötən gün Çankaya rayonunda Ceren Eroğluna məxsus baytarlıq klinikasında baş verib."Viktoriya” adlı pişiyi infeksiyaya yoluxan qadın onu baytarlıq klinikasına aparıb.
Klinikada müalicə alan pişik 4 gün sonra ölüb. Bundan baytarı günahlandıran qadın klinikaya gələrək onu döyüb.
Hadisə təhlükəsizlik kamerasına əks olunub.
Şəbnəm