Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub

Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
DÜNYA
19:07 02.07.2026
271
Ukraynadakı müharibə artıq həlledici mərhələyə daxil olub.

Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius "Spiegel” nəşrinə müsahibəsində deyib.

"Ukraynadakı müharibə potensial olaraq həlledici mərhələyə daxil olub və biz bu məqamdan istifadə etməliyik”, – Almaniyanın müdafiə naziri bildirib.

Pistoriusun sözlərinə görə, Ukraynanın hazırda əsas ehtiyacı silah istehsalını maliyyələşdirməkdir.

O vurğulayıb ki, Kiyevə ayrılan maliyyə dəstəyinin tempi azaldılmamalıdır.
 
///apa
OXŞAR XƏBƏRLƏR