Şavkat Mirziyoyev Gürcüstanın "Qızıl yun" ordeninə layiq görülüb
DÜNYA
20:53 02.07.2026
192
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ölkənin dövlət mükafatı olan "Qızıl yun" ordenini təqdim edib.
Gürcüstan Prezident Administrasiyası bu barədə açıqlama yayıb.
Bildirilib ki, Kavelaşvili Özbəkistan Prezidentinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də tanınmama siyasətinə verdiyi güclü dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hazırda Gürcüstanda dövlət səfərindədir.