“Pitet Elçin”nin qardaşının dəhşətli qətlinin – Təfərrüatları

“Pitet Elçin”nin qardaşının dəhşətli qətlinin – Təfərrüatları
SOSİAL
11:39 22.12.2016
6700

 

Masallı rayonunun Türkoba kəndində silahlı insident nəticəsində dünyasını dəyişən Fariz İsmayılovun qətlinin bəzi təfərrüatları məlum olub.


Lənkəran rayon Boladı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Fariz İsmayılovla qətli törədən şəxsin arasında kriminal ədavət olub: 

"Hələ uzun müddət bundan əvvəl onların arasında xoşagəlməz hadisə baş verib. Əslində onların arasında yaranan kriminal ədavət Rusiyada başlayıb. Onların Rusiyada biznesi olub. Dava da bundan sonra yaranıb. Fariz uzun vaxt idi ki, Rusiyadan qayıtmışdı. O, bunun Rusiyaya qayıtmadığını görəndə qərara alıb ki, planını gəlib kənddə həyata keçirsin.”

Sakinlər deyir ki, qatil Farizi oturduğu yerdə öldürüb: 

"20 güllə vurub. Hadisə yol kənarda olub. Bu gün Fariz dəfn olunacaq.”

Sakinlər Ismayılovların xeyirxah ailə olduğunu qeyd edib: 

"Fariz gəncdir. Çox yaxşı xarakteri var, ailəsi də insanların xeyir-şər işində yanlarında olur. Qan bitər, ədavət bitməz.”

Kənd sakinləri onu da əlavə edib ki, qatil Fariz İsmayılovu öldürəndən sonra hüquq-mühafizə orqanlarına təslim olub. 

 

OXŞAR XƏBƏRLƏR