Piyadanı öldürüb qaçan sürücü tutuldu - FOTO

Piyadanı öldürüb qaçan sürücü tutuldu - FOTO
SOSİAL
12:52 08.09.2021
452
Sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən piyada Vüqar Süleymanov vurulub və o, aldığı xəsarətlərdən ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən QAZ-3110 markalı avtomobilin sürücüsü, əvvəllər məhkum olunmuş Xəyyam Yusubov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR