Piyadanın ölümünə səbəb olan vəzifəli şəxs iftardan qayıdırmış

Piyadanın ölümünə səbəb olan vəzifəli şəxs iftardan qayıdırmış
SOSİAL
09:35 09.03.2025
630

Xəbər verdiyimiz kimi, Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional Filialının direktoru Turan Əsədov Qaxda piyadanı vuraraq ölümünə səbəb olub. 

AZXEBER.COM xəbər verir ki, hadisə ilə bağlı DSMF məlumat yayıb.

Bildirilib ki, hadisə Turan Əsədov iftardan qayıdarkən baş verib.

"Turan Əsədov xidməti avtomobili ilə Şəki rayonundan iftardan qayıdarkən Qax rayonu Güllük kəndindən keçən avtomobil yolunun qaranlıq hissəsində dayanan Natiq Həsənovu vuraraq qəza törədib.

Hadisədən dərhal sonra Turan Əsədov onu avtomobilinə qoyaraq Zaqatala rayon Diaqnostika mərkəzinə çatdırıb. Lakin həkimlərin  bütün səylərinə  baxmayaraq, həmin şəxs vəfat edib. 

Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veririk. 

Hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır və əlavə məlumat veriləcək”.

OXŞAR XƏBƏRLƏR