PKK “Türküstan” qəzetinin saytına hücum etdi

Bütün Xəbərlər
06:48 14.05.2011
2155

“Türküstan” qəzetinin saytı haker hücumuna məruz qalıb. https://turkustan.net saytı “We are Kurdish and Muslim Hackers” adlı haker qrupu tərəfindən dağıdılıb. Səhifədə PKK başçısı A.Öcalanın və uydurma “Kürdüstan”ın xəritəsi yerləşdirilib. Hakerlər özlərini PKK terror təşkilatının tərəfdarları kimi təqdim ediblər. Onlar qəzeti yönəldənlərə mesaj da göndəriblər: “Siteniz Kurd halki icin misilleme olarak vurulmustur”. (Saytınız kürd xalqı üçün qisas olaraq vurulmuşdur).

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camalsa sayta hücumu dünən səhər aşkarladıqlarını dedi. Onun sözlərinə görə, saytın üzərində işləyib yenidən əvvəlki qaydasında bərpa edəcəklər.
A.Camal bu hücumun da səbəbsiz olmadığını düşünür. Onun sözlərinə görə, qəzet 5 illik fəaliyyəti dönəmində hər zaman PKK və Türkiyədə bölücülüklə məşğul olanlara qarşı sərt duruş sərgiləyib: “Ola bilsin, bununla bağlıdır. Yaxud qəzetimizin tutduğu ideoloji xətt kimlərinsə xoşuna gəlməyib”. //musavat.com

 

OXŞAR XƏBƏRLƏR