PKK daha 15 mülki şəxsi qaçırıb

DÜNYA
16:33 25.07.2015
1217

Terrorçu PKK yenidən mülki vətəndaşları hədəfə alıb.

AZXEBER.COM haber7.com portalına istinadən xəbər verir ki, terrorçular Şırnak bölgəsinin Silopi qəsəbəsində 15 nəfəri girov götürüblər.

Dünən polis məmuru Vedat Kaya İstanbula ailesini ziyarət etməyə gedərkən Diyarbəkir-Bingöl yolunda PKK terrorçuları tərəfindən qaçırılıb.

Qaçırılan polisin xanımı və övladı isə sərbəst uraxılıb. Bundan başqa, axşam saatlarında Ərzurumda 1 təcili yardım maşını və 3səhiyyə işçisi PKK tərəfindən girov götürülüb.

Təcili tibbi yardım əməkdaşları bu gün səhərazad ediliblər. Lakin gecə saatlarında Diyarbəkirin Bismil qəsəbəsində polis idarəsinə silahlı hücum təşkil olunub.

Bununla da sakitləşməyən terrorçular bu gün səhər saatlarında Şırnakın Silopi qəsəbəsində daha 15 nəfəri girov götürüblər. Onların taleyi hələ məlum deyil.

OXŞAR XƏBƏRLƏR