PKK terror təşkilatının maliyyə məsələlərinə məsul şəxsi öldürülüb

PKK terror təşkilatının maliyyə məsələlərinə məsul şəxsi öldürülüb
DÜNYA
14:54 19.03.2023
233
Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Hələb və Tel-Rıfat bölgələri üzrə maliyyə məsələlərinə məsul nümayəndəsi "Hamza Kobani” kod adlı Mehmet Yıldırımı zərərsizləşdirib.

Hələbin Şeyx Maqsud bölgəsində həyata keçirilən əməliyyatla zərərsizləşdirilən Mehmet Yıldırım 1986-cı ildə PKK terror təşkilatına qatılıb.

Mehmet Yıldırım Türkiyə və İraqda terror fəaliyyətlərindən sonra 2015-ci ildə Suriyaya keçib.//apa
OXŞAR XƏBƏRLƏR