PKK və ermənilərdən Qarabağ üçün qanlı plan

SİYASƏT
14:36 25.09.2020
2131
İraq və Suriyada sabotaj təlimləri görən onlarla PKK terrorçusu Azərbaycanın işğal altındakı bölgəsində təlim keçəcək.

BAKU.WS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, işğal bölgəsinə yerləşdirilən PKK-çılar erməni könüllülərdən ibarət dəstəyə sabotaj, hücum və partlayıcı maddələlrə hazırlamaq qaydalarını öyrədəcəklər.

İyul ayında Azərbaycanla sərhəddə, Tovuzda baş verən döyüşlərdən sonra Ermənistan Azərbaycana qarşı könüllülərdən ibarət bir dəstə qurub. Ölkənin Müdafiə Nazirliyi ağır silahlarla təmin edilməsi nəzərdə tutulan dəstə ilə bağlı hüquqi zəmin hazırlandığını açıqlayıb. İraq və Suriyadan göndərilən terrorçuların da məhz bu dəstəyə təlim keçəcəyi bildirilir.

"Yeni şafak"ın məlumatına görə, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Ermənistan ilə PKK arasındakı əlaqələrin uzun illərdir davam etdiyini bildirib. Onun sözlərinə görə, Fransa da bu işin tam mərkəzində dayanan qüvvədir. Hətta Fransada ermənilər və PKK üçün qurulan bir mərkəz də var. Əməkdaşlıq da məhz bu mərkəzdən idarə edilir.

İstanbul Azərbaycan Mədəniyyət evi dərnəyinin sədri Hikmet Elp də PKK-nın Qarabağda məskunlaşmağa cəhd etdiyini qeyd edib. "Ermənistanın qazancı ilə PKK həm bölgədə Azərbaycana qarşı savaşacaq, həm də Qarabağdakı könüllülərə təlim keçəcək. Terror təşkilatı bölgədə kök ataraq Türkiyəyə Ermənistan və bəlkə də Gürcüstan üzərindən yeni bir cəbhə açacaq".

Xatırladaq ki, avqust ayından etibarən terrorçular bir necə qrup halında Suriyadan İranın Sabiş, Kirmanşah şəhərlərinə, oradan da Qarabağa keçməsi barədə məlumatlar yayılıb. İraqdakı kandil dağında olan terrorçular isə İranın Urmiya şəhərində bir neçə gün qaldıqdan sonra Ermənistana keçid ediblər. İraqın şimalındakı Mahmur düşərgsində gözləmə mövqeyində olan terrorçuların üçüncü qrupu da bənzər istiqamət ilə Ermənistana aparılıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

09:51 23.10.2020

İslam aləminin ən böyük alimlərindən biri maşınına bomba qoyularaq qətlə yetirildi

09:42 23.10.2020

“Meşə sahəmizin 25 faizi işğal olunmuş ərazilərdə yerləşir”

09:36 23.10.2020

Pompeonun Ceyhun Bayramovla görüş cədvəli açıqlandı

09:25 23.10.2020

Bakıda 2 gün dezinfeksiya işləri aparılacaq

09:10 23.10.2020

Ermənistan ordusunda növbəti biabırçılıq - VİDEO

08:39 23.10.2020

Erməni hərbçiləri fərarilik edərək mövqeləri tərk edirlər

08:38 23.10.2020

Füzuli, Cəbrayıl və Qubadlıda vacib ərazi və yüksəkliklər ələ keçirilib - RƏSMİ

08:24 23.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

23:59 22.10.2020

Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın təcavüzündən danışıb

23:48 22.10.2020

"Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür"

23:26 22.10.2020

"Makkabi" - "Qarabağ" matçında hesab açıldı

23:19 22.10.2020

Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik orduya gedib çıxsın - Səhiyyə Nazirliyi

22:58 22.10.2020

"Makkabi" və "Qarabağ"ın start heyətləri açıqlandı

22:48 22.10.2020

Türkiyənin Baş Ombudsmanı: "Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir"

22:39 22.10.2020

Azərbaycanlı xanım Amerika dövlət proqramının seçilən siması oldu

22:18 22.10.2020

Əsgər Daniel Zarmayilov: “Vətən uğrunda son damla qanıma qədər döyüşəcəm”