PKK/YPG terrorçuları Azezə raket hücumu edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Suriyanın Hələbin şimalındakı Tel Rıfat rayonunda işğalını davam etdirən terror təşkilatı PKK/YPG Azez rayon mərkəzinə raket zərbəsi endirib.
İlkin məlumatlara görə hücumda, 5 mülki vətəndaş həyatını itirib, çoxlu sayda yaralı var. Yaralılar ətraf xəstəxanalara çatdırılıb.
"Zeytun Budağı” hərəkatı ilə Afrindən çıxarılan PKK/YPG rayonun cənub-şərqindəki Tel-Rifat bölgəsində işğalını davam etdirir, tez-tez Cerablus, Afrin və Azezdəki mülki yaşayış məntəqələrinə, eləcə də cəbhəyə hücum edir.
Ayşən