Təşviş və panikaya düşməmək üçün bunları edin - Psixoloq məsləhəti

Təşviş və panikaya düşməmək üçün bunları edin - Psixoloq məsləhəti
SOSİAL
14:57 02.04.2020
1135

 Xanım Niftəliyeva, psixoloq-psixotrapet 
  
İnsan mürəkkəb varlıqdır. Onun psixologiyası isə özündən də mürəkkəbdir. Bütün dünyanı bürüyən koronavirus təhlükəsi birbaşa insanların ruhuna, düşüncəsinə mənfi təsir etməkdədir.  Xəstəlik, onun fəsadları insanların keçiridiyi psixoloji sarsıntı ilə müqayisədə  demək olar ki, az təhlükəlidir. Bu səbəbdəndir ki, dünyanın tanınmş  alimləri, mütəxəssislər insan psixologiyasının qorunmasına, sarsıntının qarşısının alınmasına yönəlik çağırışları edir, təkliflər verirlər. 

Dünyanın beyin mərkəzləri bir tərəfdən koronavirusa qarşı vaksin axtarırkən, digər tərəfdən insanların panikaya düşüb vəzyyəti daha fəlakətli həddə çatdırmamasına qarşı mücadlə edir.  Ortada olan ən aydın gerçəklik ondan ibarətdir ki, təkcə cəmiyyətlər deyil, fərdlər də ayrı-ayrılıqda koronavirusa qarşı necə mübarizə aparmaq qaydalarını bilməli və onlara dəqiq əməl etməlidilər. Əslində bu, virusa qarşı bu bütövlükdə bəşəriyyətin mübarizəsi olduğu qədər də, ayrılıqda hər bir fərdin mübarizəsidir.
 
Bəs bu mübarizə necə aparılmalıdır? Özü də bu qədər təzadlı,  neqativ xəbərlər selində. Belə xəbərlər virusun özünün gəlib yetişmədiyi yerlərdə belə insanları təsir altına salır, sarsıntı yaradaraq onların immunitetini zəiflədir, virusun gəlişinə çox münbit şərait yaradır. Ona görə də insanlar bu günlər təkcə koronavirus təhlükəsi ilə deyil, eyni zamanda neqativ mahiyyət daşıyan informasiya hücumi ilə üzbüz olduqlarını anlamalı, hər kəs çalışıb belə xəbərlərdən uzaq durmalıdır. 

Koronavirusla bağlı az bilgi və yanlış məlumatlılıq təbii olaraq insanlarda qorxu hissini artırmaqdadır. Biz özümüzdən aslı olmayaraq ətrafımızda dolaşan qərəzli informasiyalara daha çox əhəmiyyət veririk. Hətta bizi əhatə edən ciddi media dövriyyəsi bu vərdişimizi zərərsizləşdirməyə kömək etmir. İnsanlar hazırkı qeyri-müəyyənliyə və proqnozlaşdırılmayan vəziyyətə zəif reaksiya göstərirlər. 

İngiltərəli psixoloq Dorothy Frizelle koronavirusla bağlı bir nəzarət çatışmazlığı hiss edildiyini deyir. Türkiyənin psixiatriya professoru Metin Başoğlu1999-cu ildə Türkiyədə baş verən güclü zəlzələnin nəticələri ilə koronovirusu müqayisə edərək onlar arasında bir paralellik olduğunu vurğulayır. O vaxt zəlzələdən sağ qalanların çoxu aylarla açıq düşərgələrdə yaşamağa üstünlük verərək evlərinə qayıtmaqdan imtina edirdilər.
 
Ekspertlərsə o zaman düşünürdülər ki, insanları evlərinə qayıtmağa təşviq etsələr tez sağalarlar. 

Bu cür situasiyaları nəzərə alaraq demək olar ki, indi koronavirusla mübarizədə sosial dəstək şəbəkələri çox vacibdir. İnandığınız insanlarla əlaqə qurun, inandığınız medianı izləyin. Neqativ xəbərləri ilə diqqət çəkən mediadan və fərdlərdən uzaq durun. Həkimlərin dediklərinə əməl edin.
 
Əks halda qeyri-rasional düşüncə, çaxnaşmaya rəvac verməyiniz virusun yaratdığı təhdiddən qat-qat böyük ola bilər.
Unutmayın ki, hər bir xalqın öz mental düşüncəsi, həyat tərzi var. Fərqli ənənələri daşıyan ölkələrdə bir eyni bəlanın fəsadları da fərqli ola bilir. Yəni əgər, bir virus Çində, Avropada, ABŞ-da həddən artıq fəsad tördibsə, bunun mütləq Azrbaycanda da belə fəlakələrə səbəb olacağını düşünmək, oturub o miqyasda bəla gözləmək düzgün deyil. 
Ona görə, biz psixoloqlar dünya praktikasına üz tutsaq da, bu sahədə öz yerli yanaşmalarımızı da əsas götürməliyik. Millətin psixologiyasını, onun həssas nöqtələrini, yumor hissini nəzərə alıb onlar üzərində cəmiyyətə və fərdə müsbət təsir etmə strategiyası düşünməli, onun tətbiqi üçün asanlıqla həzm edilən uğurlu yollar tapmalıyıq.     

Bu tapıntılar sayəsində əldə etdiyimiz bir başa və şüuraltı təsirə malik nəticələri televizya verilişlərində, hətta reklam çarxlarının içində müxtəlif formalarda – açıq və gizli mətnlərlə yerləşdirərək insan psixologiyasına yönəltməliyik.  Rənglər, sözlər, ifadə tərzləri, manevrlər fərqli olsa da, hədəf eyni olmalıdır: Evdə qal, məsafə saxla, maska tax, əlini sabunla yu, panikaya düşmə. 

 Fərqli yanaşmalardan birinə nəzər salaq: 

Beş fərqli dostunuzla söhbət etsəniz, eyni mözuya dair müxtəlif cavablar görərsiniz - bəziləri artıq qorunma maskaları sifariş ediblər,  bəziləri bu yay İtaliyaya getməyəcəyini düşünür, bəziləri virus haqqında heç nə eşitməyiblər, bəziləri isə panikadadırlar. Burdan belə nəticəyə gəlmək olur ki, yaşından-başından asılı olmayaraq bir çox insanlar riskləri qiymətləndirmək iqtidarında deyillər. Risk və qərar qəbulunu araşdıran amerikalı alim Pol Slovicin sözlərinə görə, riskin necə ötürüldüyü onun necə şərh olunduğunu müəyyənləşdirir. Və insanlar riskləri qiymətləndirmək üçün məntiqi təhlildən deyil, duyğularından istifadə edirlər.

Psixoloq Julie Kolzet daha az narahatlıq hissi keçirmək üçün etibarlı mənbələrdən xəbər almağı və faktlar barədə düşünməyi təklif edir. 
 Əsəbləri zəif olan  pasiyentlər sosial mediadan indiki durumda bir az uzaq olmalıdırlar:

Özünüzə yeni bir gündəlik yaradın. Uşaqlarla evdə qalırsınızsa, bu, çölə çıxa bilməyəcəyiniz demək deyil.  Sadəcə səbrli olub,  günü maraqlı keçirməyə çalışın.  Sevimli hobbinizlə məşğul olun, şəkil çəkin, kitab oxuyun, gələcək işlərinizi planlaşdırın. Bütün bu işlər  sizi sakitləşməyə kömək edə bilər. Necə deyərlər, bu aralar çöl haqqında çox düşünməyin ki, o sizin fikirlərinizi məşğul etməsin, evdə darıxmayasınız.    

Tək yaşayırsınız? Bir dosta zəng edin. Xoşbəxtlikdən dostlarımızla əlaqə qurmağımıza tam imkan verən texnoloji dövrdə yaşayırıq. İstər telefonda, istərsə də skayp vasitəsi ilə insanlarla danışmağn depressiya və narahatlıq hisslərini azaltdığı artıq sübut edilib. Odur ki, vaxt itirməyin, sizə müsbt təsir edən, aurasının xoş, yüngül olduğunu düşündüyünüz adamlarla əlaqə yaradın və danşın.  Ancaq əlbəttə ki, haqında belə danışası olsanız, qorunma qaydalarına və ümumilikdə bu prosesin yumor hissi ilə müşayət olunan tərəfləri barədə söhbətə üstünlük verməyə çalışın!
Əgər ciddi bir narahatlığnız varsa, mütəxəssisdən kömək istəyin.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
11:38 15.09.2025
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
11:36 15.09.2025
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
11:34 15.09.2025
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR