Planetlərin paradı başlayıb

MARAQLI
19:05 09.02.2018
1834

Rusiya əhalisi səmada əsl kosmik tamaşanı seyr edir. 

Saturn, Mars və Yupiter planetləri bir xətt boyunca düzülüb və ay növbə ilə onların hər birinə yaxınlaşıb. Bu işıldayan ulduz triosunu gözlə seçmək elə də çətin deyil: planetlər bərabər işıq saçır.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Planetlərin paradı fevralın 11-nə kimi davam edir. Bu unikal kosmik hadisəni gün batdıqdan sonra, buludsuz səmada daha aydın seyr etmək olur. 

Xatırladaq ki, bundan əvvəl yanvarın 31-də dünya sakinləri sonuncu dəfə bir əsr əvvəl müşahidə olunmuş tam ay tutulmasına tamaşa etmişdi.

 

oxu.az

OXŞAR XƏBƏRLƏR