Çirkinləşən ulduzların fotolarını təqdim edirik
Gözəllik naminə bir çox qurbanlar verən məşhurları tanıyırıq.
Cavanlaşmaq və gözəlləşmək üçün plastik əməliyyata üz tutub, sonra da eybəcərləşən əcnəbi ulduzların internetdə yayılan görüntülərini sizə təqdim edirik.Əməliyyatı ən yaxşı üsul hesab edən insanlar bəs görəsən bunun qorxunc tərəfini düşünüblərmi? Ən əsası isə göz qabağında olan sənətçilər bu yola üz tutarkən gərək ən pis halı belə düşünsünlər. Bəzən gözəlləşməyə çalışan ulduzlar gözlənilməz nəticə ilə üz-üzə qalırlar. Cavan qalmaq üçün milyonlar xərcləyən məşhurların sayı hesabı az deyil. Amma bu zaman alınan nəticə heç də ürək oxşayan olmur.Gözlənilməyən görünüş ilə pərəstişkarlarının qarşısına çıxan sənətçilərin sırasında Donatella Versaçe, Pristsilla Presli, Cenis Dikinson, Meq Rayan, Coan Rivers, Karla Bruni, Silvester Stallonenin anası Jalkin və başqalarını sadalamaq olar.Beləliklə, plastik əməliyyatla daha da çirkinləşən ulduzların fotolarını təqdim edirik:(annpress)





