“Plazalar kralı”nın şikayəti rədd edildi – Həbsdə qaldı

“Plazalar kralı”nın şikayəti rədd edildi – Həbsdə qaldı
SOSİAL
14:36 16.12.2024
320

Şəkidə meşəlik ərazini kəsməklə təbiətə 8 milyonluq ziyan vurmaqda ittiham olunan "AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, "plazalar kralı” kimi tanınan şəxsin vəkili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. 

Hakim Habil Məmmədov isə işlə tanış olduqdan sonra təbiətə külli miqdarda ziyan vurma ittihamı ilə qarşısında dayanan şəxs barəsindəki əvvəlki qərarı qanunauyğun hesab edib. 

Yekun qərarla Qafar Dəmirçi barəsindəki 3 aylıq həbs qətimkan tədbiri qərarı bir daha təsdiqlənib. 

Onun istintaqdan gizlənmə, yer dəyişdirmə, ibtidai araşdırmaya mane ola biləcəyi ehtimalları da nəzərə alınaraq qətimkan tədbirinin növü dəyişdirilməyib.

Qeyd edək ki, Qafar Dəmirçi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, onun rəhbərlik etdiyi "Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib. Bu ittiham təsdiqini taparsa Dəmirçi 3 ildən 6 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, "AQA Şirkətlər Qrupu”nun prezidenti Qafarın atası Aydın Dəmirçidir. Həmin şirkətə çoxsaylı plazalar-"Demirchi Tower”, "AGA İş Mərkəzi”, "Ariana Business Park”, "Caspian Business Center”, "Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və başqaları daxildir.  Bundan əlavə şirkətdə "AGA Group” maliyyə ("Ferrum Kapital” və "Caspian Audit”), kənd təsərrüfatı ("AGA Agro”, "Monte Ferro”), İnformasiya Texnologiyaları ("Bravo Online Systems”), turizm və hotelçilik ("Da Vinci” və "Caspian Palace” hotelləri) da fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
14:57 20.08.2025
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
14:44 20.08.2025
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
14:43 20.08.2025
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
14:36 20.08.2025
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
14:21 20.08.2025
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
14:20 20.08.2025
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
14:19 20.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
14:17 20.08.2025
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
14:12 20.08.2025
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
14:05 20.08.2025
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
13:56 20.08.2025
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
13:54 20.08.2025
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:52 20.08.2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var?  - Kosmetoloq açıqladı
13:50 20.08.2025
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var? - Kosmetoloq açıqladı
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik
13:27 20.08.2025
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik
Məşhur müğənni "Qarabağ"ı dəstəkləmək üçün Budapeştə getdi - FOTOLAR
13:17 20.08.2025
Məşhur müğənni "Qarabağ"ı dəstəkləmək üçün Budapeştə getdi - FOTOLAR