Podolyak: “Rusiya ilə danışıqların dördüncü raundu ağır keçir”

Podolyak: “Rusiya ilə danışıqların dördüncü raundu ağır keçir”
DÜNYA
22:53 17.03.2022
375
"Rusiya ilə danışıqlar ağır keçir, tərəflərin mövqeləri fərqlidir”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak tviter səhifəsində yazıb.

"Tərəflərin mövqeləri fərqlidir. Bizim üçün prinsipial məsələlər toxunulmazdır”, - Prezidentin Ofis rəhbərinin müşaviri vurğulayıb.

"Danışıqlar prosesinin içərisində olmayan fəal şərhçilərə yumşaq şəkildə məsləhət vermək istəyirəm. Ciddi mübarizə aparan ölkədə yalanlarınızı yaymayın”, - M.Podolyak qeyd edib.
OXŞAR XƏBƏRLƏR