Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialınn növbəti – 183-cü seriyasının kadrları yayılıb. Xatırladaq ki, 182-ci seriyada “Ağsaqqalların” xain rəhbəri Səncər Polad Alemdarı “dost hədiyyəsi” kimi İsrail xüsusi xidmət orqanlarına təhvil vermişdi. Dostlarının verdiyi bəzi məlumatlarla xidmət göstərdiyi qurum barədə şübhəyə düşən KGT-nin yeni rəhbəri Akif təhvil-təslim vaxtı Poladı verməyərək “Mossad” əməkdaşları ilə gizli şəkildə özü getmişdi.Yeni kadrlarda isə Poplad Alemdar Akifi xilas etməyə qərar verir. Bu əməliyyat vaxtı KGT-nin yeni üzvləri Polada dəstək verəcəkmi? Akifi xilas etmək mümkün olacaqmı? Səncərin hava və dəninz donanmasında bəzi ixtisarların aparılması istiqamətində verdiyi əmr yerinə yetiriləcəkmi? Heyət üzvləri Səncərin bu tələbini necə qarşılayacaq? Sabiq heyət rəhbəri Adil bəy bu ixtisarların qarşısı ala biləcəkmi?Bu və s. bu kimi sualların cavablarını serial pərəstişkarları “Kurtlar Vadisi Pusu”nun fevralın 28-də nümayiş olunacaq yeni – 183-cü seriyasında tapa biləcək.