Polad Alemdar vətəndaşlığını itirə bilər

MAQAZİN
12:03 19.06.2013
3822
Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialında Polad Alemdar obrazını canlandıran aktyor Necati Şaşmaz vətəndaşlığını itirə bilər.AZXEBER/COM-un Türtkiyə mətbuatına istinadla verdiyi məlumata görə, aktyor Şimali Kipr Türk Cümhuriyyətinin yeni hökumətinin ilk toplantısında mədəniyyət attaşesi vəzifəsini itirdikdən sonra ikinci zərbə ilə qarşılaşıb. Belə ki, indi o Kipr vətəndaşı statusunu da itirməklə qarşı qarşıyadır. Buna səbəb isə onun vətəndaşı olduğu ölkədə verdiyi yanlış ünvan olub. Belə ki, yüksək seçki qurumu Şaşmazın verdiyi qeydiyyat ünvanına gediblər. Lakin adıçəkilən ünvanın keçmiş turizm və ətraf mühit naziri Ünal Üstəlin ofisi olduğu bəlli olub.Bundan sonra ilk iş olaraq N.Şaşmazın iyulun 28-də keçiirləcək səsvermədə iştirak hüququ əlindən alınıb.

OXŞAR XƏBƏRLƏR