Polad Alemdarın yerinə bütün təhlükəli səhnələri oynayan azərbaycanlı gənc - VİDEO

MARAQLI
12:42 13.08.2012
3813

22 yaşlı Babək Həsənzadə Türkiyədə ən məşhur filmlərdə kaskadyorluq edir.

22 yaşlı azərbaycanlı gənc Türkiyənin ən çox baxılan seriallarında kaskadyorluq edir. “Kurtlar vadisi”indəki Polad Alemdarın bütün riskli hərəkətlərini də həmyerlimiz Babək Həsənzadə yerinə yetirirmiş: “Çəkildiyim filmlərdən “Adanalı”, “Əzəl”, “Kurtlar vadisi Pusu”, ”Kurtalr vadisi Fələstin”, “Hollivud” filmindən “Taken-2”, ”Öylə bir keçər zaman ki”, “Komissar Memoli”, ”Yaxşı Batı” kimi bir sıra filmlərdə iştirak etmişəm. Polad Alemdarın yerinə bütün riskli səhnələri mən oynayıram”. Evdən və ya maşından tullanmaq, qışın soyuğunda dağdan dənizə tullanmaq kimi çətin hərəkətləri yerinə yetirən Babək Həsənzadə Azərbaycanda da serial bazarının canlanmasını istəyir.

Qeyd edək ki, Babək Həsənzadə kaskadyorluqla məşğul olsa da, Türkiyədə Fatih Universitetinin Siyasi-İqtisadi İdarəetmə fakültəsində təhsil alır.

OXŞAR XƏBƏRLƏR