Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Bakıda qəza törətdiyinə dair yayılan görüntülərə münasibət bildirilib.
Oxu.Az-a açıqlama verən Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı, səfirin köməkçisi belə bir hadisənin olmadığını qeyd edib:
"Xeyr, bu, düzgün məlumat deyil. Hazırda Polad müəllim Bakı şəhərindədir, biz onunla mütəmadi əlaqə saxlayırıq. Hər şey qaydasındadır. Narahat olduğunuz üçün çox sağ olun. Yayılan məlumat dəqiq deyil”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, P.Bülbüloğlu idarə etdiyi BMW markalı, diplomatik nömrəli avtomobili eyni istiqamətdə hərəkət edən, taksi fəaliyyəti ilə məşğul olan "Mercedes” markalı maşına arxadan vurub.
Qəza Səbail rayonu Xəqani küçəsində baş verib.
Hadisə nəticəsində avtomobillərə cüzi maddi ziyan dəyib.