Polad Bülbüloğlu üç ölkənin Rusiyadakı səfirləri ilə görüşüb

Polad Bülbüloğlu üç ölkənin Rusiyadakı səfirləri ilə görüşüb
SOSİAL
14:27 28.10.2022
235
Həftə ərzində Azərbaycanın Rusiyadakı səfiri, Moskvada akkreditə edilmiş diplomatik korpusun duayeni Polad Bülbüloğlu Polşanın, İsveçin və İranın Rusiyadakı səfirləri ilə görüşüb.

Bu barədə AZXEBER.COM-a Azərbaycanın Rusiyadakı Səfirliyindən məlumat verilib.

Polad Bülbüloğlu Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, uzun illər aparılmış və heç bir fayda verməyən danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyətindən bəhs edərək Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə haqqında danışıb, Azərbaycanın öz suveren torpaqları naminə vuruşduğunu, beynəlxalq hüququn, haqq və ədalətin ölkəmizin tərəfində olduğunu bildirib.

Eyni zamanda münaqişəyə son qoymuş məlum üçtərəfli Bəyanatın müddəaları və postmünaqişə dövrü, azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə qarşı tərəflərə ətraflı məlumat verib.

Polşanın Moskvadakı Səfiri Kşıştof Krayevski ilə keçirilmiş görüşdə o, 2005- 2010-cu illərdə öz ölkəsinin Səfiri kimi Azərbaycanda çalışdığı dövrü hər zaman xoş xatirələrlə yad etdiyini, Azərbaycanla Polşa arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən "Dostluq” ordeni ilə təltif edildiyini, Azərbaycanın onun həyatında xüsusi yeri olduğunu vurğulayıb.

İsveçin Səfiri xanım Anna Malena Mard ilə görüşdə isveçli diplomat 2013- 2017-ci illərdə Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəsi kimi çalışdığını və həmin dövr ərzində ölkəmizin tarixi, xalqımızın ənənələri ilə yaxından tanış olduğunu, Aİ-nin Azərbaycandakı nümayəndəsi qismində təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verdiyini bildirib.

İranın Səfiri Kazem Cəlali ilə görüşdə İranla Azərbaycan arasında tarixi, mədəni əlaqələrdən danışılmış, bununla yanaşı iranlı diplomat dəfələrlə ölkəmizə parlament üzvü qismində səfərlər etdiyini bildirib, Bakıda gedən inkişafın ona olduqca müsbət təəssürat bağışladığını qeyd edib. Kazem Cəlali həllini tapmış Ermənistan-Azərbaycan münaqişəsi zamanı ölkəsinin Azərbaycanın haqlı səsini dəstəklədiyini önə çəkib.

İranlı Səfir Azərbaycanın dövlət kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu vurğulayaraq, onun görkəmli dövlət xadimi, Rusiyada keçirdiyi görüşlər zamanı Ulu Öndərimizin buradakı nüfuzunun şahidi olduğunu söyləyib.

"Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin regionumuz üçün əhəmiyyəti qeyd edilmiş və onun ölkələr üçün faydalı olacağına əminlik ifadə olunub, iki ölkə arasında ticari-iqtisadi, energetika və nəqliyyat sahələrində əməkdaşlığın xüsusi önəminə diqqət yetirilib.

Baş tutmuş bütün görüşlərdə Polad Bülbüloğlu Rusiya-Ukrayna arasında baş verənlərə toxunarkən Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdığını və mövcud vəziyyətdə ölkəmizin məsələni dövlətlərin ərazi 3 bütövlüyü və suverenliyi əsasında diplomatik dialoq vasitəsi ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən həmin ölkəyə bir neçə dəfə humanitar yardımların göndərildiyini deyən Azərbaycan səfiri, mövcud durumun ciddi narahatlıq doğurduğunu söyləyib, mülki əhali arasında böyük itkilərə səbəb olan bu böhrandan dərin təəssüf hissi keçirdiyimizi bildirib.

Həmçinin Azərbaycanla qeyd edilən ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və onların inkişaf perspektivləri, habelə regionda baş verən proseslər və maraq doğuran digər aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşlər əsnasında Polad Bülbüloğlu səfir həmkarlarına duayen qismində fəaliyyəti, Moskvada təşkil edilən çoxsaylı görüş və mədəni tədbirlər barədə məlumat verib.

Görüşlərin sonunda səfirlərə Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş "Zəfər salnaməsi” və "Qarabağ işğaldan əvvəl və sonra” kitabları hədiyyə edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”