Polad Həşimovun şəhid olması xəbərini necə eşitdik?

Polad Həşimovun şəhid olması xəbərini necə eşitdik?
SOSİAL
09:46 14.07.2021
427
2020-ci ilin iyul ayının 14-ü, səhər tezdən saat 6-da düşmənin atəşə tutduğu Tovuzun Ağdam kəndinə yollanırıq.

Polislər zabitəli davranışları ilə bizi saxlayır, kim olduğumuzu, hara getdiyimizi soruşur. Başadüşüləndir, axı təhlükəsizlik, mülki vətəndaşların təhlükəsizliyinin təmini qarşıya qoyulan vəzifədir və polis də öz işini görür.

Polisin sorğu-sual çətirinin altından keçdikdən sonra çətinliklə də olsa Ağdam kəndinə giririk, bu vaxt artilleriya atəşlərinin adamın içini silkələyən, qulağa girib, əsəb sisteminə toxunan "vıyıltı” səslərini eşidirik.

Dərhal polis rəisi və onun əmrini gözləyən əməkdaşlar bizim tez bir zamanda, təhlükəsiz şəkildə ərazidən uzaqlaşmağımızı tələb edirlər, onların tələbini başa düşürük, ancaq öz üzərimizə düşən işin ağırlığını dərk edirik. Ona görə polislər nə qədər israr etsə də, biz döyüşləri işıqlandırmağın zərurətindən doğan məsuliyyətlə vəzifəmizi yerinə yetirməyi qərara alırıq.

Mərmilər başımızın üzərindən keçir, Qaraqaya yüksəkliyi gözümünüzün önündə atəşə tutulur, aramızda məsafə olsa da, partlayış və onun dalğasından daş parçalarının qara tüstü alovu içərisində havaya səpələndiyini görürük. Ara-sıra iriçaplı silahlar da işə düşür və artilleriya atəşinin səsinə qarışır.

Həyəcanımız artır, artıq şəhidlərimizin olduğuna dair internet resurslarında məlumatlar dolaşır, təxminən 3 saat gərgin tempdə jurnalist öhdəliklərimizi yerinə yetiririk.

Bir az sonra aldığımız bir məlumat həyəcanımıza ağır kədər qarışdırır və gərginliyimiz artır.

Əlimizi telefona atırıq, internet resurslarına nəzər yetiririk, indi eşitdiyimiz məlumatın virtual platformada da təzahürlərini görürük.

Tək bircə arzumuz var: Təki, deyilənlər və yazılanlar yalan olsun. Həmin məlumat general-mayor Polad Həşimovun şəhid olması ilə bağlı idi, şoka düşürük, sual edirik ki, məgər general da səngərdə, düşmənlə üz-üzə döyüşərmi?

Lakin indi bu sual arxa plana keçib, çünki kədər, qüssəqarışıq qürur hissimiz alovlanır, axı generalın şəhid olması böyük fəxarət duyğuları yaradır!

Hərbçilər yanımızda var-gəl edirlər, komandanı komandaya calayıb cəld şəkildə döyüş tapşırıqlarını yerinə yetirmək üçün lazımi yerdəyişmələri edirlər.

İmkan tapıb, bəzilərinə Polad Həşimov barədə suallar ünvanlayırıq, bir ağızdan "bəli, tanıyırıq, əla insandır, yaxşı zabitdir” deyirlər. Lakin uzun-uzadı danışmaq imkanımız məhduddur, ona görə, hərbçilərə "Allah yolunuzu açıq etsin, Allah qorusun” deyib onların müqəddəs vəzifə ardınca getməsini seyr edirik.

Təəssüflər olsun ki, xəbərlər heç də yaxşı deyil və hər keçən dəqiqə Polad Həşimovun şəhid olması xəbərinin sürətlə yayılmasının xeyrinə işləyir.

Müdafiə Nazirliyi ilə məlumatı dəqiqləşdirmək də çətindir. Narahatlıq və rəsmi məlumatın olmamasından doğan boşluqları yalnız ümid hissimiz doldura bilərdi. Lakin artıq bu da kara gəlmir.

Az keçmir ki, Bakıdan gələn zənglə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin media nümayəndələri üçün keçirəcəyi brifinqdə iştirakımızın vacibliyi barədə tapşırıq alırıq.

Əldə etdiyimiz məlumata görə, Kərim Vəliyev şəhidlərin siyahısını açıqlayacaq və Polad Həşimovun da adını çəkəcək, ağırlıq üzərimizə çöksə də, milli qürurun yeni simada təcəssümü bizi ruhlandırır.

Kərim Vəliyev Polad Həşimovun və onunla birlikdə polkovnik İlqar Mirzəyevin ön xətdə şəhidlik zirvəsinə ucaldığını jurnalistlərə deyir, əlavə heç bir sualı isə cavablandırmır.

Sən demə həmin zaman eyni postda Polad Həşimov və İlqar Mirzəyevlə yanaşı, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev düşmən atəşi nəticəsində şəhid olublar.

Bəli, Polad Həşimovun simasında hərb tarixində yeni nümunə yarandı və generalın şəhid olması xalqımızın ehtiyatda qalaraq mürgüləyən qəhrəmanlıq hisslərini coşdurdu.

Bu, milli emosiyaların qürurverici təzahürləri idi və həmin təzahürlər Vətən müharibəsinə gedən yoldakı bütün maneələri qırdı... Artıq bütün şəhidlərimizin qisası alınıb...
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
12:54 12.07.2025
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İstirahət gününə olan hava proqnozu
12:33 12.07.2025
İstirahət gününə olan hava proqnozu
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
12:13 12.07.2025
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
11:52 12.07.2025
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
11:45 12.07.2025
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
11:36 12.07.2025
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
11:31 12.07.2025
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib