Türkiyə Dövlət Radio və Televiziya İdarəsinin rəhbəri Davut Dursun məşhur “Kurtlar Vadisi” serialında Polat Alemdarı canlandıran Necati Şaşmazı təəccübləndirən tələblə çıxış edib. ANS PRESS Türkiyə mətbuatına istinadən yazır ki, Dursun Şaşmazdan “heç olmasa bir seriyada da problemləri silahsız həll edin!” tələbini irəli sürüb. “Filmlərdə hər şey ola bilər, lakin hər şey gərək qədərində olsun” deyən Dursun seriallarda döyüş səhnələrinin həddindən artıq olmasından şikayətlənib. O Polat Alemdar rolunu canlandıran Necati Şaşmazla aralarında olan söhbəti belə açıqlayıb.