Polat cütlüyü sərbəst buraxıldı - Dilan hesabını sildi

Polat cütlüyü sərbəst buraxıldı - Dilan hesabını sildi
MAQAZİN
16:06 02.03.2025
259

Ötən gecə Dilan və Engin Polat cütlüyünün polis tərəfindən saxlanıldığı məlum olub.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların saxlanılmasına səbəb Dilanın  dekabr ayında sosial media hesabında paylaşdığı videonun yenidən gündəmə gəlməsi olub.

İddia olunub ki, onlar narkotik maddədən istifadə edib.   

Polis sorğusunun ardından cütlük sərbəst buraxılıb. 

Dilan Polat heç vaxt narkotikdən istifadə etmədiyini və lazım gələrsə bütün analizlərdən keçməyə hazır olduğunu bildirib.

Sərbəst buraxılan Dilan Polat "instagram" hesabını bağlayıb.

Aysel

 

 


 


OXŞAR XƏBƏRLƏR