Poliklinika rəisi: "Üçüncü doza vaksin risk qrupuna aid olanlar üçün vacibdir"

Poliklinika rəisi: "Üçüncü doza vaksin risk qrupuna aid olanlar üçün vacibdir"
SOSİAL
16:08 21.10.2021
375
"Sanitar-gigiyenik qaydalara riayət etmək və vaksinasiya olunmaq yeni növ koronavirus (COVID-19) infeksiyasından yeganə müdafiə vasitəsidir. Vətəndaşlar vaksinasiyada aktiv iştirak edərək özlərini və yaxınlarının həyatını xilas edə bilərlər. Son günlər yoluxma sayında müşahidə edilən artımın əsas səbəbi isə mövsümlə və məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədardır".

AZXEBER.COM xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi, həkim-mütəxəssis Tamilla Əliyeva deyib.

O bildirib ki, son günlər yeni növ koronavirus (COVID-19) infeksiyasının artmasına payız-qış mövsümünün başlanması səbəb olub: "Həmçinin respirator və infeksion xəstəliklərin yayılması da artıma ciddi təsir göstərir. Məktəblərin və iri ticarət mərkəzlərinin açılmasını, kütləvi tədbirlərin keçirilməsini nəzərə alsaq, koronavirusun yoluxma sayının artma səbəbini bununla da izah edə bilərik. Artıq bir neçə gündür ki, orta məktəblərdə və iki ali təhsil müəssisəsində uşaqlar və tələbələr arasında COVID-19 xəstəliyinə yoluxanlar çoxalıb. Hətta bununla əlaqədar Bakı və Sumqayıt şəhərlərində bəzi təhsil müəssisələri onlayn tədrisə keçib".

Koronavirus infeksiyasından qorunma üsullarından danışan mütəxəssis qeyd edib ki, vaksinasiya əsas çıxış yoludur: "Hələ 2020-ci ilin əvvəllərində həyatımıza daxil olan və həyat tərzimizi dəyişən COVID-19-a qarşı mübarizə tədbirləri, demək olar ki, eynidir. Yəni, sanitar-gigiyenik qaydalara riayət etmək və vaksinasiya koronavirusdan yeganə müdafiə vasitəsidir. Sanitar-gigiyenik qaydalara tibbi maska taxmaq, ara məsafəni qorumaq, əllərin gigiyenası (tez-tez yuyulması və ya spirtlənməsi), zərurət olmadıqda evdən çıxmamaq, insanların sıx toplaşdığı yerlərdən uzaq olmaqdır.

Koronavirusla ən mühüm mübarizə üsulunun vaksinasiyası olduğunu xatırladan Tamilla Əliyeva bildirib ki, vaksinasiyanın birinci və ikinci mərhələsində iştirak edən vətəndaşların buster doza ilə peyvəndlənməsi də vacibdir: "Nəzərə almaq lazımdır ki, iki doza peyvənd vurdurmuş şəxslərdə virusa qarşı yaranmış immunitet 6 aydan sonra zəifləməyə başlayır. Ona görə də, buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna aid olan vətəndaşlar üçün vacib hesab edilir".

Qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən qonşu Rusiyada COVID-19 infeksiyasının yeni AY.4.2 mutasiyası qeydə alınıb. Həmin ştamın "delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir xəstənin təxminən 9 nəfəri yoluxdura biləcəyi barədə məlumatlar var. Yeni mutasiyanın simptomlarının daha qısa vaxtda özünü büruzə verməsi COVID-19-la mübarizədə vaksinasiyasının əhəmiyyətini bir daha vurğulayır. Azərbaycan Səhiyyə Nazirliyinin mütəxəssisləri də vətəndaşları vaksinasiyada aktiv iştirak etməyə, risk qrupuna daxil olanları isə buster doza ilə peyvəndlənməyə çağırır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'