Poliklinikalarda həftə sonları da koronavirusla bağlı xidmətlər göstəriləcək

Poliklinikalarda həftə sonları da koronavirusla bağlı xidmətlər göstəriləcək
SOSİAL
13:39 17.11.2020
482
Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan (Bakı şəhəri üzrə) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə AZXEBER.COM-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19 –la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.
OXŞAR XƏBƏRLƏR