ABŞ-nin Mississippi ştatında polis 1 yaşlı körpənin olduğu avtomobilə dəfələrlə atəş açıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisəni ABŞ-nin Mississippi ştatında marketdən uşaq bezi oğurlandığı barədə daxil olan çağırışa müdaxilə edən polis əməkdaşı tərəfindən törədilib.
O, avtomobildə 1 yaşlı körpənin olduğunu bilməsinə baxmayaraq, nəqliyyat vasitəsinə dəfələrlə atəş açıb.
Hadisə zamanı ananın körpəsini polisə göstərdiyi, buna baxmayaraq polis əməkdaşının atəş açmağa davam etdiyi bildirilir.
Körpə aldığı güllə yarasından yerindəcə dünyasını dəyişib.
Aysel











































