Polis ağır qəza törətdi - Ölən var

SOSİAL
12:31 27.05.2022
595
Xaçmazda polis əməkdaşı idarə etdiyi avtomobillə piyadanı vurub.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gecə saat 01 radələrində Gəndob-Yalama yolunun Xaçmazın Ləcət kəndində baş verib.

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin manqa komandiri, polis baş serjantı Azər Dadaşovun idarə etdiyi "VAZ 21074” markalı avtomobillə vurduğu 1969-cu il təvəllüdlü Elçin Qədiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, ekspertizalar təyin edilib.

OXŞAR XƏBƏRLƏR