Polis Alen Delonun evində axtarış etdi

Polis Alen Delonun evində axtarış etdi
MAQAZİN
11:04 01.03.2024
212
Fransa polisi kino əfsanəsi Alen Delonun evində axtarış aparıb.
 
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, axtarış nəticəsində aktyorun evindən 72 silah və 3 mindən çox güllə tapılıb.
 
Prokurorluqdan verilən məlumata görə, Delonun silah daşımaq üçün icazəsi yoxdur. 

Aktyorun Parisdən təxminən 135 kilometr cənubda yerləşən Duşi-Monkorbondakı evində də axtarışlar aparılıb və orada atış tiri tapılıb. 
 
Aysel
OXŞAR XƏBƏRLƏR