Polis Bakıda tapılan naməlum qadın meyitinin sahibini axtarır - FOTO

Polis Bakıda tapılan naməlum qadın meyitinin sahibini axtarır - FOTO
Bütün Xəbərlər
14:46 19.09.2013
4228
Bakıda su kanalından tapılan naməlum qadın meyitinin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb. 
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qadının üzərində hər-hansı sənədin olmaması onun şəxsiyyətini müəyyənləşdirməkdə problem yaradıb.
Polisdən APA-ya meyiti tapılan qadının fotosunu da təqdim ediblər. Onu tanıyanlardan Daxili İşlər Nazirliyinin “102” xidmətinə, və ya Suraxanı Rayon Polis İdarəsinin növbətçi hissəsinə (012-452-02-02) məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, sentyabrın 18-də Hövsan qəsəbəsindən keçən su kanalında 25-30 yaşlarında naməlum qadın meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə əməliyyat qrupu çıxıb. Meyitə baxış keçirilərkən onun üzərində hər-hansı xəsarət və zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin versiyaya görə, qadın kanalda boğularaq dünyasını dəyişib.
Hazırda meyitin şəxsiyyətinin və ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR